Avropa Olimpiya Komitəsinin (EOC) yeni prezidenti bəlli olub.
Bu posta Yunanıstan Olimpiya Komitəsinin prezidenti, Beynəlxalq Olimpiya Komitəsinin üzvü Spiros Kapralos seçilib. Kapralos 34 səslə qalib olaraq, EOC-un 9-cu prezidenti olub.
66 yaşlı funksioner 2025-ci ilədək quruma rəhbərlik edəcək.