Bu gün AÇ-2020-yə start verilir - YENİLƏNİR

02:40 11 İyun 2021

Bu gün futbol üzrə Avropa çempionatına start veriləcək.

 

İlk oyun günündə bir qarşılaşma baş tutacaq.

 

AÇ-2020-nin açılış matçı İtaliyanın Roma şəhərində keçiriləcək. Burada İtaliya yığması Türkiyə milli komandası ilə üz-üzə gələcək. Romadakı “Olimpiko” stadionunda keçiriləcək qarşılaşmaya Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

 

Qeyd edək ki, koronavirus pandemiyasına görə ötən il baş tutmayan və bu ilə təxirə salınan AÇ-2020 Avropanın 12 şəhərində keçirilir. Onların arasında Bakı da var. A qrupunun Uels – İsveçrə, Türkiyə – Uels və İsveçrə – Türkiyə oyunları məhz Bakı Olimpiya Stadionunda keçiriləcək. Təqvimə əsasən, Bakı 1/4 final mərhələsinin də bir oyununa ev sahibliyi edəcək.

 

AÇ-2020

A qrupu

11 iyun

 

23:00. İtaliya – Türkiyə

Baş hakim: Danni Makkeli (Niderland).

Roma. “Olimpiko” stadionu. 


Xəbər xətti