Karateçimiz Firdovsi Fərzəliyev Tokio Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb

12:19 12 İyun 2021

Azərbaycan Tokio-2020 Yay Olimpiya Oyunlarına növbəti lisenziyanı qazanıb.

 

Karateçimiz Firdovsi Fərzəliyev dünyanın ən mötəbər idman turnirində iştirak hüququ əldə edib. 60 kq çəki dərəcəsində yer alan 28 yaşlı idmançı bu nailiyyətə Fransanın paytaxtı Parisdə keçirilən təsnifat turnirində imza atıb. O, bürünc medal görüşündə serbiyalı Stefan Cokiç üzərində 3:2 hesablı qələbə sayəsində olimpiadaya vəsiqəyə yiyələnib.

 

Qeyd edək ki, daha əvvəl Azərbaycanın 2 karateçisi - Rafael Ağayev (75 kq) və İrina Zaretska (61 kq) Tokio-2020-də iştirak hüququ qazanıb. 


Digər xəbərlər

Xəbər xətti