Mariya Stadnik: "Polşadakı turnirdə iştirak daha asan oldu"

Sportarena.az      12 İyun 2021 , 16:16

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Polşanın paxtaxtı Varşavadakı "Poland Open" turnirinin qalibi olması barədə danışıb.
 

O, Dünya Güləş Birliyinin (UWW) yutub kanalına müsahibəsində deyib:

 

"Turnirdə qızıl medal qazandım. Nəticədən razıyam. Özünü elə hiss edirsən ki, sanki çəkin ağırlaşıb. Bu, Tokio olimpiadası öncəsi son turnir idi. Belə yarışlar önəmlidir. Özümüzü yoxlamalı, hansı formada olduğumuzu görməli, hazırlığa daha nələri əlavə etməli olduğumuzu bilməli idik".

 

Stadnik Varşavada apreldə keçirilmiş Avropa çempionatında da qızıl medal qazanıb. Onun sözlərinə görə, həmin yarışda çıxış etmək daha çətin olub: "Bu, karantindən sonra olk ciddi sınağım idi. Uzun müddətdir yarışlarda iştirak etmirdim. Psixoloji planda çətin idi. Hazırda daha yaxşı formadayam və özümə daha çox güvənirəm. Bu mənada Polşadakı turnirdə iştirak daha asan oldu".

 

Tokio-2020 Yay Olimpiya Oyunlarına hazırlıqdan da söz açan Stadnik uğur qazanmaq üçün özündən asılı olan hər şeyi etdiyini vurğulayıb: "Qızıl medaldan ötrü həm fiziki, həm də psixoloji baxımdan ciddi hazırlaşıram. Son olimpiadada buna cəmi 5 saniyəm çatmadı. Hər şey Tanrının əlindədir. Qızıl medal qazanıb-qazanmayacağımı yalnız o bilir. Mən isə öz növbəmdə, əlimdən gələni edəcəyəm".

 

Qeyd edək ki, Tokio olimpiadası 23 iyul - 8 avqustda keçirilməlidir. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin