Avro-2020: Bakıdakı ilk oyunda qalib müəyyənləşmədi - VİDEO

19:00 12 İyun 2021

Bu gün tarixdə ilk dəfə Azərbaycanda Avropa çempionatının final mərhələsinin ilk oyunu keçirilib.
 

Paytaxt Bakı A qrupunun Uels - İsveçrə matçına ev sahibliyi edib. Bakı Olimpiya Stadionda oynanılan görüş 1:1 hesabı ilə başa çatıb. Qeyd edək ki, turnirin daha 3 qarşılaşması - Türkiyə - Uels (16 iyun, 20:00), İsveçrə - Türkiyə (20 iyun, 20:00) matçları və 1/4 finalın 1 oyunu (3 iyul,. 20:00) Bakıda keçiriləcək.

 

 

12 iyun

A qrupu

Uels - İsveçrə - 1:1
Qollar: Brel Embolo, 49 (0:1), Kiffer Mur, 74 (1:1)
Hakimlər: Kleman Türpen, Nikolya Dano, Siril Qrenqor (Fransa)
Bakı Olimpiya Stadionu 

 

 


Xəbər xətti