Danimarka Futbol Federasiyası və UEFA Eriksenlə bağlı rəsmi məlumat yaydı

21:42 12 İyun 2021

Danimarka Futbol Federasiyası və UEFA Danimarka millisinin futbolçusu Kristian Eriksenin son durumu barədə məlumat yayıb.

 

Danimarka Futbol Federasiyasından bildirilib ki, 29 yaşlı hücumameyilli yarımmüdafiəçi xəstəxanaya çatdırılıb və onun şüuru yerindədir. UEFA da Eriksenin durumunun sabitləşdiyini açıqlayıb.

 

Qeyd edək ki, Kristian Avro-2020-nin qrup mərhələsinin 1-ci turunda Finlandiya ilə matçın 45-ci dəqiqəsində huşunu itirib. Bu səbəbdən görüş təxirə salınıb. 


Digər xəbərlər

Xəbər xətti