"Fənərbaxça"nın qapıçısı Ahmet Oytun Özdoğan İstanbul təmsilçisindən ayrılıb.
22 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb. O, 2014-cü ildən sıralarında olduğu "Fənərbaxça"dan ayrılmağa qərar verdiyini bildirib. Onun klubla müqaviləsinin müddəti bu yay başa çatıb.