Avropa çempionatının yeni rekordçusu

14:20 14 İyun 2021

İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellingem Avropa çempionatlarının tarixinə düşüb.

 

O, bu turnirin ən gənc futbolçusu ünvanına sahib çıxıb. AÇ-2020-nin ilk turunun Xorvatiya ilə qarşılaşmasında meydana çıxan Bellingem 17 yaş 349 günündə olub. Bununla da o, niderlandlı Yetro Villemsin 2021-ci ildə imza atdığı rekordunu (18 yaş 71 gün) qırıb.

 

“Birmingem”in yetirməsi olan Bellingem 2020-ci ilin yayından Almaniyanın “Borussiya” (Dortmund) klubunun uğurları üçün çalışır.

 

İngiltərə yığması Xorvatiya ilə oyundan 1:0 hesablı qələbə ilə ayrılıb.  


Digər xəbərlər

Xəbər xətti