Bu gün Konfrans Liqasının püşkü atılır - YENİLƏNİR

10:54 15 İyun 2021

Bu gün tarixdə ilk dəfə keçiriləcək Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin püşkatma mərasimi olacaq.

 

Tədbir Bakı vaxtı ilə 15:30-da başlayacaq. 1-ci təsnifat mərhələsinin oyunları 8-15 iyul tarixlərində keçiriləcək. Bu mərhələdə ümumilikdə 66 komanda iştirak edəcək.

 

Azərbaycan Konfrans Liqasında təmsil edəcək "Qarabağ", "Sumqayıt" və "Keşlə" turnirə ikinci təsnifat mərhələsində başlayacaq. Bu mərhələnin püşkü isə sabah atılacaq.  


Xəbər xətti