Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin püşkü atılıb.
Tədbir İsveçrənin Nyon şəhərindəki Avropa Futbol Evində təşkil olunub.
Püşkatmada Azərbaycan çempionu “Neftçi”nin də ilk rəqibi bəlli olb. Səpələnməmişlər sırasında yer alacaq paytaxt klubu 1-ci təsnifat mərhələsində “Lüdoqorets” (Bolqarıstan), “Şerif” (Moldova), “Dinamo” (Tiflis, Gürcüstan) və ya “Kayrat”a (Qazaxıstan) rəqib ola bilərdi. Yekunda “Neftçi” Gürcüstan çempionuna rəqib olub. Hansı ki, sözügedən komandanı Bakı “İnter”inin (indiki “Keşlə”) sabiq baş məşqçisi Kaxaber Sxadadze çalışdırır. Azərbaycan çempionu ilk oyununu səfərdə, cavab görüşünü evdə keçirəcək.
Qeyd edək ki, 1-ci təsnifat mərhələsinin ilk oyunları iyulun 6-7-də, cavab görüşləri 13-14-də baş tutacaq.
İyunun 16-da “Neftçi”nin növbəti mümkün rəqibləri bəlli olacaq. Qaliblər üçün Çempionlar Liqasının, məğlublar üçün Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin püşkü atılacaq.