Avro -2020: Türkiyə Uelsə uduzdu, İtaliya 1/8 finalda - YENİLƏNİB

01:20 17 İyun 2021

Bu gün AÇ-2020-nin qrup mərhələsində II tura start verilib.

 

Çempionatın 6-cı günündə 3 qarşılaşma keçirilib. Tur B qrupunda başlayıb. Gözlənilmədən Danimarkanı məğlub edən Finlandiya çempionata uğursuz başlayan Rusiya ilə üz-üzə gəlib. Digər iki matç A qrupunda keçirilib. Bakı Olimpiya Stadionunda ikinci matçı qəbul edib. Bu dəfə qardaş Türkiyə yığması Uelsi sınağa çəkib. 

 

Günə Romada yekun vurulub. İsveçrə ilə qarşılaşan İtaliya qələbə qazanaraq 1/8 finala ilk vəsiqənin sahibi olub. 

 

Qeyd edək ki, II tur iyunun 19-da başa çatacaq.

 

AÇ-2020
II tur, 

B qrupu
Finlandiya - Rusiya  0:1
Baş hakim: Danni Makkeli (Niderland)
“Sankt-Peterburq” stadionu

 

A qrupu
Türkiyə - Uels  0:2
Baş hakim: Artur Manuel Ribeyro Soares Dias (Portuqaliya)
Bakı Olimpiya Stadionu

 

İtaliya – İsveçrə  3:0
Baş hakim: Sergey Karasyov (Rusiya)
Roma. Olimpiya Stadionu 


Digər xəbərlər

Xəbər xətti