Türkiyə - Uels oyununa neçə bilet satılıb?

16:02 16 İyun 2021

AVRO-2020-nin qrup mərhələsinin II turu çərçivəsində Bakıda keçiriləcək Türkiyə - Uels oyununda anşlaq gözlənilir.

 

Bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov deyib. Assosiasiya rəsmisi Bakı Olimpiya Stadionundakı üçün qarşılaşma satışa çıxarılan 31 min biletdən 25 mininin artıq satıldığını söyləyib. O, bu görüşü izləmək üçün Türkiyədən 4000-ə yaxın azarkeşin Bakıya gələcəyini bildirib. Uelsin isə matçda 300 tərəfdarı olacaq.

 

Oyun saatına qədər qalan biletlərin də satılması gözlənilir. Bu isə o deməkdir ki, koronavirus pandemiyasından bəri Bakıda ilk dəfə belə böyük azarkeş kütləsi oyun izləyəcək.

 

Qeyd edək ki, bu gün keçiriləcək Türkiyə - Uels görüşü saat 20:00-da başlayacaq. 


Xəbər xətti