"Zirə" Türkiyəyə gedir

14:01 17 İyun 2021

“Zirə”nin mövsümlərarası hazırlıq planı bəlli olub.

 

Komanda məşqlərə iyunun 24-də start verəcək. Hazırlıq mərhələsinin Bakıda keçiriləcək ilk hissəsi iyulun 16-dək davam edəcək. "Zirə" bu müddətdə 3 yoxlama oyunu keçirməyi planlaşdırır.

 

Hazırlığın növbəti mərhələsi isə Türkiyədə olacaq. 18 iyul - 1 avqust tarixlərində qardaş ölkədə olacaq komanda bu müddətdə 4 yoxlama matçı keçirməyi planlaşdırır.  


Digər xəbərlər

Xəbər xətti