"Mahir sıradan hücumçu deyil" - "Legiya"nın baş məşqçi

14:54 17 İyun 2021

“Legiya”nın baş məşqçisi Çeslav Mixneviç komandanın yeni transferi Mahir Emreli haqda danışıb.

 

O, Polşa mətbuatına müsahibəsində millimizin üzvü ilə bağlı deyib: 
 

"Emreli digər yeni transfer Joel Abu Hanna ilə müqayisədə daha uzun müddətdir bizimlədir.  O, komandaya sürətli şəkildə uyğunlaşdı, bir neçə dil bilir və kollektiv də onu qəbul etdi. Oyunu yaxşı oxumağı bacarır, yüksək motivasiyaya və sürətli texnikaya malik futbolçudur. Yəni sıradan hücumçu deyil”. 


Xəbər xətti