"Grand Chess Tour": Teymur Rəcəbov Levon Aronyanla heç-heçə etdi

18:04 18 İyun 2021

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Fransanın paytaxtı Parisdə təşkil olunan rapid üzrə "Grand Chess Tour" seriyasının ikinci mərhələsində ilk oyununa çıxıb.

 

Millimizin üzvü ağ fiqurlarla Ermənistan təmsilçisi Levon Aronyanla qarşılaşıb və heç-heçə edib.

 

Qrossmeysterimiz bu gün ardıcıl olaraq, Maksim Vaşye-Laqrav (Fransa), Alireza Firuzca (FIDE), Pyotr Svidler (Rusiya) və Uesli So ilə üz-üzə gələcək.  


Digər xəbərlər

Xəbər xətti