Avro-2020-nin qrup mərhələsi davam edir.
Daha 3 qarşılaşma keçirilib. F qrupunda Macarıstan və Fransa yığmaları üz-üzə gəlib. Görüş gözlənilmədən 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Beləliklə, Fransa bu 1/8 finala vəsiqəni əvvəlcədən təmin etmək şansını əldən verib.
Qrupun digər oyununda son çempion Portuqaliya Almaniya ilə üz-üzə gəlib və 2:4 hesabı ilə uduzub. Günün son matçında Polşa İspaniya ilə qarşılaşıb. İlk görüşdə heç-heçə edən ispnlar bu gün də 3 xal qazana bilməyib - 1:1.
19 iyun
E qrupu
İspaniya - Polşa - 1:1
Qollar: Morata, 25 (1:0), Levandovski, 54 (1:1)
Baş hakim: Daniele Orsato (İtaliya)
Sevilya. "Estadio La Cartuja" stadionu
F qrupu, 2-ci tur
Portuqaliya - Almaniya - 2:4
Qollar: Ronaldo, 15 (1:0), Dias, 35-avtoqol (1:1), Qerreyro, 39-avtoqol (1:2), Haverts, 51 (1:3), Qosens, 60 (1:4), Jota, 67 (2:4)
Baş hakim: Entoni Teylor (İngiltərə)
Münhen. "Münhen Arena"
Macarıstan - Fransa - 1:1
Qol: Fiola, 45+2 (1:0), Qrizmann, 66 (1:1)
Baş hakim: Maykl Oliver (İngiltərə)
Budapeşt. "Puşkaş Arena"