Avropa çempionatları tarixində yeni rekordçu

Sportarena.az      20 İyun 2021 , 13:29

Polşa millisinin və "Poqon Şetsin" klubunun yarımmüdafiəçisi Katsper Kozlovski Avropa çempionatında rekord müəyyənləşdirib.

 

Qrup mərhələsinin ikinci turu çərçivəsində baş tutan İspaniya ilə matçda meydana çıxan Kozlovski qitə çempionatları tarixində ən gənc oyunçu olub. O, mötəbər turnirdə 17 yaş 246 günündə debüt edib.

 

Kozlovski 6 gün əvvəl Xorvatiya ilə görüşdə İngiltərə yığmasının xavbeki Ced Bellingemin müəyyənləşdirdiyi rekordu (17 yaş 349 gün) qırıb.

 

Qeyd edək ki, İspaniya - Polşa matçında qalib müəyyənləşməyib – 1:1. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin