"Qalatasaray"ın yeni prezidenti bəlli olub.
Seçkilərdə Burak Elmas qalib gəlib. Seçkidə 5 namizəd iştirak edib. Elmas digər namizədlər - Yiğit Şardan, Eşref Hamamcıoğlu, İbrahim Özdemir və Metin Öztürkü arxada qoyub.
Qeyd edək ki, "Qalatasaray"a 2018-ci ilin yanvarından rəhbərlik edən Mustafa Cengiz səhhəti ilə əlaqədar namizədliyini irəli sürməyib.