İsveçrə - Türkiyə matçının ən yaxşısı məlum oldu

10:30 21 İyun 2021

AÇ-2020-nin A qrupu çərçivəsində keçirilən İsveçrə - Türkiyə matçının ən yaxşı futbolçusu müəyyənləşib.
 
 
İsveçrə yığmasının yarımmüdafiəçisi Cerdan Şakiri bu görüşün ən yaxşısı seçilib. Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 29 yaşlı futbolçu bu oyundakı performansı ilə komandasının qələbə qazanmasında əsas pay sahiblərindən biri olub. Belə ki, komandasının son iki qolunu məhz Şakiri vurub.
 
 
Qeyd edək ki, İsveçrə - Türkiyə matçı 3:1 hesabıyla başa çatıb. 


Digər xəbərlər

Xəbər xətti