Xorvatiyada yeniyetmə cüdoçular arasında Avropa kuboku yarışı keçirilib.
Beynəlxalq turnirdə mübarizə aparan yeniyetmələrdən ibarət cüdo millimiz aktivinə 3 medal yazdırıb. Oğlanların mübarizəsində İslam Rəhimov (-55 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib olub.
73 kq çəki dərəcəsində yarışan cüdoçumuz Məmmədrza Hacızadə yalnız final görüşündə uduzaraq gümüş medala layiq görülüb.
60 kq çəki dərəcəsində mübarizə aparan Zahir Ağazadə bürünc medal qazanıb.
Beynəlxalq yarışda Avropanın 27 ölkəsindən 368 cüdoçu medallar uğrunda mübarizə aparıb.
Beləliklə, Azərbaycan cüdoçuları Xorvatiya turnirində 1 qızıl, 1 gümüş və 1 bürünc medala sahib olublar.