Burak Yılmaz: "Ölkəmizi layiqincə təmsil etmədik"

14:25 21 İyun 2021

Türkiyə millisinin kapitanı Burak Yılmaz ötən gün Bakıda Avro-2020-nin üçüncü turunda İsveçrəyə uduzduqları maçt (1:3) haqqında danışıb.
 

35 yaşlı hücumçu Türkiyə mətbuatına açıqlamasında deyib: "Belə olmamalı idi. Bu cür oynamamalı idik. Hamıdan üzr istəyirik. Ölkəmizi layiqincə təmsil etmədik. Çox kədərləndik".


Qeyd edək ki, Türkiyə qrup sonuncusu kimi və xal qazanmadan yarışda mübarizəni dayandırıb. 


Digər xəbərlər

Xəbər xətti