Hakan Çalhanoğlu: "Başımızı uca tutmalıyıq"

14:45 21 İyun 2021

"Turnirə böyük hədəflərlə gəldik, xəyal qurduq. Anaq istədiyimiz kimi olmadı. Buna görə çox məyusuq. Burak Yılmaz, mən və Ozan kapitanlar olaraq məsuliyyəti öz üzərimizə götürürüK. Turnirin ən gənc komandası bizik, təcrübə topladıq".

 

Bu sözləri Türkiyə millisinin futbolçusu Hakan Çalhanoğlu Avro-2020-nin qrup mərhələsinin sonuncu turunda İsveçrəyə 1:3 hesab ilə uduzduqları oyundan sonra deyib.

 

"Qarşıda dünya çempionatı var. Azarkeşlərimizi məyus etdik. Yolumuza davam etmək məcburiyyətindəyik. Başımızı uca tutmalıyıq. "Avro-2016"da oynayan sadəcə üç futbolçu var idi. Mən, Ozan və Burak Yılmaz. Önümüzdə daha çox turnir var" - deyə o bildirib.  


Digər xəbərlər

Xəbər xətti