Araz Abdullayev Kipr klubu ilə müqavilə bağladı

15:32 21 İyun 2021

Futbol üzrə Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Araz Abdullayevin yeni iş yeri müəyyənləşib.
 
 
29 yaşlı futbolçu Kiprin “Etnikos” klubuna transfer olunub.Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər bir illik müqaviləyə imza atıblar.
 
 
Qeyd edək ki, Araz Abdullayev geridə qalan mövsümü Türkiyənin “Boluspor” klubunda keçirib. O, daha öncə “Neftçi”, “Qarabağ”, “Panionios”, “Qəbələ” və “Anortosis” klublarında da forma geyinib. 


Digər xəbərlər

Xəbər xətti