“Grand Chess Tour”: Teymur Rəcəbov rapid turnirində 8-ci oldu

16:18 21 İyun 2021

Parisdə Teymur Rəcəbovun da qatıldığı nüfuzlu “Grand Chess Tour” yarışının ikinci mərhələsinin rapid yarışı başa çatıb.

 

Şahmatçımız son turlarda Etienne Bakrot, Riçard Rapport ilə heç-heçə edib, Yan Nepomnyaşiyə məğlub olub.

 

Şahmatçımız turnirin yekun nəticələrinə görə, 8 xalla səkkizinci yeri tutub. Rapid yarışının qalibi 12 xalla ABŞ təmsilçisi Uesli So olub. İyunun 21-də “Grand Chess Tour” turnirinin ikinci mərhələsi çərçivəsində blits turniri keçiriləcək. 


Digər xəbərlər

Xəbər xətti