Mahir Emreli: "2025-ci ildə özümü 5 böyük klubdan birində görürəm"

15:00 22 İyun 2021

Polşa "Legiya"sında çıxış edən millimizin üzvü  Mahir Emreli klubun rəsmi "İnstaqram" hesabında canlı yayım zamanı azarkeşlərin suallarını cavablandırıb.

 

O, bu zaman sevimli 5 klubun adını da açıqlayıb:  “Gənc yaşlarımda ilk olaraq “Qalatasaray”ın oyunlarını izləmişəm. "Barselona"nı oyun tərzinə görə bəyənirəm. Digərləri isə "Mançester Siti", "Bavariya" və PSJ-dir. Çempionatlardan isə La Liqanı sevirəm. Amma açığı, İngiltərə Premyer Liqasını da qeyd etməliyəm".

 

Emreli "2025-ci ildə özünüzü harada görürsünüz" sualına isə belə cavab verib: "Əlbəttə, bu, beş klubdan birində. Həyat gözlənilməzdir. Məqsədim inkişaf etmək və dünənkindən daha yaxşı olmaqdır".

 

23 yaşlı hücumçu "Legiya"ya keçidindən də danışıb. O bildirib ki, təklifləri çox olduğu üçün qərar vermək çətin olub: "Daha əvvəl ardıcıl 7 dəfə Azərbaycan çempionu olan "Qarabağ"da oynamışam. Kuboklar uğrunda mübarizə aparan komandada olmaq istəyirdim. Buna görə "Legiya"nı seçdim. Bu, tarixə sahib olan klubdur. Avrokuboklar uğrunda mübarizə apara bilmək mənim üçün də vacib idi".  


Xəbər xətti