Avro-2020: Yarımfinal və final oyunları ilə bağlı yeni qərar verildi

Sportarena.az      23 İyun 2021 , 10:41

Avro-2020-nin yarımfinal və final matçlarının keçiriləcəyi Londondakı "Uembli" stadionuna azarkeşlərin buraxılması ilə bağlı yeni qərar verilib.
 

Bu barədə UEFA məlumat yayıb. Stadionun 75 faizinə azarkeş buraxılması ilə bağlı İngiltərə höküməti ilə razlığa gəlindiyi bildirilib. Əvvəl isə bu rəqəm 22 faiz idi.


Yeni qərara əsasən, "Uembli"də yarımfinal və final matçlarına 60 mindən çox azarkeş buraxılacaq. Arenaya daxil olacaq azarkeşlər İngiltərədəki yeni tip koronavirus protokollarına uyğun yoxlanılacaq. Stadiona girmək istəyən azarkeşlərin koronavirus testi mənfi olmalı və onlar peyvənd olunmaları ilə bağlı sənəd təqdim etməlidir.

Qeyd edək ki, yarımfinal oyunları 6-7 iyul, final matçı isə 11 iyulda olacaq. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin