Amerika kuboku: 140 nəfərdə koronavirus aşkarlanıb

17:30 23 İyun 2021

Futbol üzrə Amerika kubokunda koronavirusa yoluxanların sayı açıqlanıb. Bu barədə Cənubi Amerika Futbol Konfederasiyasının (KONMEBOL) mətbuat xidməti məlumat yayıb. 

Amerika kubokunun başlanğıcından bu yana qədər iştirakçılardan və işçilərdən 15235 test götürülüb və onların 140-nın nəticəsi müsbət olub. Virusa yoluxanların əksəriyyəti işçilər və nümayəndə heyətinin üzvləridir.

Amerika kubokuna iyulun 11-də yekun vurulacaq.  


Digər xəbərlər

Xəbər xətti