Kriştiano Ronaldo dünya rekorduna şərik oldu

Sportarena.az      24 İyun 2021 , 11:00

Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo yığmada vurduğu qolların sayını 109-a çatdırıb.

 

36 yaşlı hücumçu AÇ-2020-nin F qrupunun 3-cü turunda Fransa ilə görüşdə (2:2) dubl etməklə dünya rekorduna şərik olub.

 

O, İran millisinin keçmiş hücumçusu, Azərbaycan əsilli Əli Daeinin rekordunu təkrarlayıb. Hər iki futbolçu milli komandasının heyətində ən çox qol vuran (109) oyunçudur. Ronaldo millidə daha bir qol vursa, dünya rekordunu qırmağa çox yaxındır. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin