“Neftçi”nin “Dinamo” ilə cavab matçının da başlama saatı məlum oldu

13:36 24 İyun 2021

Azərbaycan çempionu “Neftçi”nin UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Tiflis “Dinamo”suna qarşı keçirəcəyi cavab matçının vaxtı açıqlanıb.

 

İyulun 14-də 8-ci km stadionunda baş tutacaq görüşə saat 21:00-da start veriləcək. Bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.

 

Bu komandalar arasında ilk oyun iyulun 7-də Boris Payçadze adına “Dinamo Arena”da keçiriləcək. Bu oyun isə Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. 


Xəbər xətti