Avro-2020: Danimarka və İtaliya 1/4 finalda - YENİLƏNİB

01:00 27 İyun 2021

Bu gün Avro-2020-də 1/8 final mərhələsinə start verilib.

 

İlk oyun günündə 2 qarşılaşma keçirilib. Əvvəlcə Uels Danimarka ilə qarşılaşıb. Bu cütün qalibi 1/4 final matçını Bakıda oynayacaq. Rəqib isə Niderland - Çexiya cütünün qalibi olacaq.

 

Günün son oyununda isə İtaliya və Avstriya yığmaları üz-üzə gəliblər. Mərhələni keçən komanda 1/4 finalda Belçika - Portuqaliya cütünün qalibi ilə qarşılaşacaq.

 

Avropa çempionatı, 1/8 final mərhələsi

Uels - Danimarka  0:4
Baş hakim: Daniel Zibert (Almaniya)
Amsterdam, "Yohan Kroyf Arena"

İtaliya - Avstriya  2:1
Baş hakim: Entoni Teylor (İngiltərə)
London, "Uembli" stadionu 


Digər xəbərlər

Xəbər xətti