“Qarabağ” futbolçusu Ovusu Kvabenanı Türkiyənin “Ankaragücü” klubuna icarəyə verib.
Bu haqda qol.az-a klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə bildirib. O, bununla bağlı iki klub arasında razılıq əldə olunduğunu deyib. 24 yaşlı qanalı yarımmüdafiəçi bugünlərdə Türkiyəyə gedərək Ankara təmsilçisində tibbi müayinədən keçəcək, sonra 1 illik icarə müqaviləsinə imza atacaq.
Ötən mövsümün yekununda Superliqada yerini itirən "Ankaragücü" 2021/22 mövsümündən 1-ci liqada mübarizə aparacaq.
“Qarabağ” Ovusunu 2019-cu ildə İspaniyanın “Kordobo” klubundan transfer edib.