"Keşlə"dən ayrılan futbolçu Türkiyə klubu ilə anlaşdı

14:00 26 İyun 2021

"Keçiörengücü" azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin keçidini açıqlayıb.

 

Bu barədə Ankara təmsilçisinin rəsmi Tvitter hesabı məlumat yayıb. 26 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, Vüsal İsgəndərli 2019-cu ildən "Keşlə"də çıxış edib. Yarımmüdafiəçi 3 dəfə Azərbaycan millisinin də formasını geyinib. "Keçiörengücü" TFF 1-ci liqasında çıxış edir.  


Digər xəbərlər

Xəbər xətti