Türkiyəli FİFA referisi Cüneyt Çakır Avro-2020-nin daha 1 oyununa təyinat alıb.
O, Xorvatiya - İspaniya matçını idarə edəcək. Ona yan xətt hakimləri qismində Bahattin Duran və Tarık Ongun kömək edəcəklər. Dördüncü hakim funksiyasını isveçli Andreas Ekberq yerinə yetirəcək.
Qeyd edək ki, iyunun 28-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 20:00-da başlayacaq.