Azərbaycanın və “Qəbələ” İdman Klubunun kikboksçusu Pərviz Abdullayev növbəti döyüşünü keçirib.
O, Türkiyənin İstanbul şəhərində təşkil olunan “Akın döyüş arenası”nın iştirakçısı olub. İdmançımız braziliyalı Gilyerme Rodriqo Ferreyra ilə qarşılaşıb. 77 kq çəki dərəcəsində mübarizə aparan Pərviz bu döyüşdən qələbə ilə ayrılıb. Təmsilçimiz “Yahya Kemal Beyatlı Göstəri Mərkəzi”ndə baş tutan qarşılaşmada cənubi amerikalı rəqibini məğlubiyyətə uğradıb.
Bu, peşəkar səviyyədə 56-cı döyüşünü keçirən Abdullayevin 50-ci qələbəsi olub.