Avro-2020 : Belçika və Çexiya qələbə qazandı

01:14 28 İyun 2021

Avro-2020-də 1/8 final mərhələsi davam edir.
 

İkinci oyun günündə iki görüş keçirilib. Günün ilk matçında Niderland Çexiya ilə üz-üzə gəlib. Çexiya rəqibini 2 cavabsız qolla məğlub edib. Beləliklə Çexiya millisi iyulun 3-də 1/4 final oyununu Bakıda Danimarkaya qarşı keçirəcək.

 

Günün son görüşündə Belçika Portuqaliya ilə qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib. Komanda 1/4 finalda İtaliya ilə görüşəcək.

 

Avro-2020, 1/8 final mərhələsi

 

Belçika - Portuqaliya - 1:0
Qol: Torqan Hazard, 42
Baş hakim: Feliks Brix (Almaniya)
Sevilya. "Estadio La Cartuja"

 

Niderland - Çexiya - 0:2
Qol: Hols, 68, Şkik, 80
Qırmızı vərəqə: De Liqt, 52 (Niderland)
Baş hakim: Sergey Karasev (Rusiya)
Budapeşt. "Puşkaş Arena" 


Digər xəbərlər

Xəbər xətti