"Qarabağ"ın keçmiş qapıçısı Vaqner da Silvanın yeni klubu müəyyənləşib.
35 yaşlı qolkiper Portuqaliyanın 2-ci liqa təmsilçisi "Nasyonal"a keçib. Braziliyalı əlcək sahibi ilə 1 illik müqavilə imzalanıb.
Vaqner 2018-2020-ci illərdə "Qarabağ"da oynayıb. O, daha əvvəl Portuqaliyada "Eştoril" və "Boavişta"da da çıxış edib.