Qadın voleybolçulardan ibarət millimiz Mingəçevirdə təlim-məşqlərə başlayıb

Sportarena.az      28 İyun 2021 , 12:00
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına hazırlığını davam etdirir.
 
Komandamız Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təlim-məşqlərə start verib. Yığmamızın baş məşqçisi Vüqar Əliyevin rəhbərliyi altında təlim-məşq toplanışına 15 oyunçu qatılıb. Eldar Yusubov, Famil Ağayev və Emin Əbilovun köməkçi çalışdırıcı olduğu komandamızın hazırlığı iyunun 28-dən avqustun 11-dək davam edəcək.
 
Qeyd edək ki, avqustun 18-dən sentyabrın 4-dək olacaq Avropa çempionatının final mərhələsində 24 komanda, 4 qrupda mübarizə aparacaq. Oyunlara 4 ölkə – Bolqarıstan, Rumıniya, Serbiya və Xorvatiya ev sahibliyi edəcək. A qrupunda mübarizə aparacaq komandamızın rəqibləri ev sahibi Serbiya ilə yanaşı, Belçika, Rusiya, Fransa və Bosniya və Herseqovina yığmaları olacaq. 
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin