Torqan Hazard Belçika - Portuqaliya matçının ən yaxşısı seçilib

13:30 28 İyun 2021

AÇ-2020-nin 1/8 final mərhələsi çərçivəsində keçirilmiş Belçika - Portuqaliya matçının ən yaxşı futbolçusu müəyyənləşib.
 
Çexiya yığmasının yarımmüdafiəçisi Torqan Hazard bu görüşün ən yaxşısı seçilib.
 
Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 28 yaşlı futbolçu bu oyundakı performansı ilə komandasının qələbə qazanmasında əsas pay sahiblərindən birinə çevrilib. Belə ki, belçikalıları 1/4 finala çıxaran yeganə qolu da rəqib qapısından məhz Torqan vurub.
 
Qeyd edək ki, Belçika - Portuqaliya matçı 1:0 hesabıyla başa çatıb. 


Digər xəbərlər

Xəbər xətti