Futbol üzrə Portuqaliya milli komandasının müdafiəçisi Pepe Avropa çempionatlarının tarixinə düşüb.
Təcrübəli müdafiəçi pley-off mərhələlərində forma geyinmiş ən qoca oyunçu (qapıçılar xaric) ünvanına sahib çıxıb. O, buna 38 yaş 121 günündə ikən Belçikaya qarşı keçirdikləri 1/8 final oyununun start heyətində yer almaqla nail olub.
Qeyd edək ki, Portuqaliya yığması bu oyunda 0:1 hesabıyla uduzmaqla mübarizəni dayandırıb.