Rafael Benitesin yeni klubu açıqlandı

16:33 28 İyun 2021

İngiltərənin "Everton" klubunun yeni baş məşqçisi müəyyənləşib.

 

Premyer Liqa klubu Rafael Beniteslə anlaşıb. İspaniyalı mütəxəssisin təyinatının gələn həftə rəsmən açıalanacağı bildirilib. Onunla bağlanacaq müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

 

Qeyd edək ki, Benites son klubu olan Çin təmsilçisi "Dalyan Pro"dan bu ilin yanvarında ayrılıb. O, İngiltərədə "Liverpul”, "Çelsi” və "Nyukasl”ı da çalışıdırb. 


Digər xəbərlər

Xəbər xətti