Fernando Santuş: "Futbolçularım da bütün portuqaliyalılar kimi ağlayır"

16:55 28 İyun 2021

Portuqaliya millisinin baş məşqçisi Fernando Santuş Avro-2020-nin 1/8 finalında Belçikaya uduzaraq mübarizədən kənarlaşdıqları matç (0:1) haqqında danışıb.

UEFA-nın saytı xəbər verir ki, mütəxəssis deyib:

"Bu oyun bizim üçün böyük bir məyusluqdur. Çünki 2016-cı ildəki kimi çempion olacağımıza inanırdıq. Futbolçularım da bütün portuqaliyalılar kimi ağlayır.

Qarşıda bizə kömək edə biləcək şeylər də var. Məsələn, 2018-ci ildə dünya çempionatını 1/8 final mərhələsində tərk etdik və növbəti il ​​Millətlər Liqasını qazandıq. Önümüzə baxmalı və növbəti dünya çempionatının qalibi olmağa çalışmalıyıq".

Qeyd edək ki, Portuqaliya səddini aşan Belçika 1/4 finalda İtaliya ilə qarşılaşacaq. 


Digər xəbərlər

Xəbər xətti