Xorvatiya – İspaniya matçının ən yaxşı futbolçusu bəlli oldu

00:09 29 İyun 2021

Avro-2020-nin 1/8 final mərhələsində keçirilmiş Xorvatiya – İspaniya matçının ən yaxşı futbolçusu müəyyənləşib.

 

İspaniya yığmasının kapitanı Serxio Buskets bu görüşün ən yaxşısı seçilib. 120 dəqiqəlik matçın 101-ci dəqiqəsində əvəzlənən 32 yaşlı yarımmüdafiəçi baxımlı oyunu ilə seçilib.

 

Qeyd edək ki, İspaniya millisi Xorvatiyanı 5:3 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib. 


Digər xəbərlər

Xəbər xətti