Amerika kubokunda pley-off mərhələsinin cütlükləri müəyyənləşib.
1/4 finalda Braziliya Çili ilə, Peru Paraqvay ilə qarşılaşacaq. Hər iki görüş iyulun 3-ü keçiriləcək. İyulun 4-ü isə Uruqvay Kolumbiya ilə, Argentina isə Ekvadorla üz-üzə gələcək.
Qeyd edək ki, qrup mərhələsinin son oyunlarında Argentina Boliviyaya 4:1, Uruqvay isə Paraqvaya 1:0 hesabı ilə qalib gəlib.