Türkiyədə idman yarışlarına azarkeşlər buraxılacaq

18:50 29 İyun 2021

Türkiyədə yeni mövsümdən idman yarışları azarkeşlərlə keçiriləcək.

 

Bunu qardaş ölkənin səhiyyə naziri Fəxrəddin Qoca jurnalistlərə açıqlamasında deyib.

 

O, idman yarışlarının müəyyən sayda tamaşaçı ilə keçiriləcəyini bildirib. Bu isə o deməkdir ki, avqustun 13-də start götürəcək Superliqanın oyunlarına da azarkeşlər buraxılacaq.

Qeyd edək ki, pandemiya səbəbindən ötən mövsüm dünyanın əksər yerlərində olduğu kimi, Türkiyədə də idman yarışları azarkeşsiz keçirilib. 


Digər xəbərlər

Xəbər xətti