Benzema ən tez dubl edən ikinci futbolçu oldu

23:35 29 İyun 2021

Fransa millisinin hücumçusu Kərim Benzema Avropa çempionatları tarixində ən tez dubl edən ikinci futbolçu olub.

 

O, buna AÇ-2020-nin 1/4 finalında İsveçrə ilə oyunda nail olub. Benzemaya 2 qol vurmaq üçün 103 saniyə lazım olub.

 

Siyahıya isveçli futbolçu Henrik Larsson başçılıq edir. O, 2004-cü ildə Portuqaliyada təşkil olunan Avropa çempionatında Bolqarıstan millisi ilə oyunda 71 saniyəyə dubl edib.


Digər xəbərlər

Xəbər xətti