"İnter" iki futbolçusu ilə müqaviləni uzatdı

00:28 30 İyun 2021

Son İtaliya çempionu “İnter” iki müdafiəçisi – Andrea Ranokkiya və Danilo D’Ambrozionun müqaviləsini uzadıb.

 

Hər iki futbolçunun yeni sözləşməsi 1 illikdir.
 

Qeyd edək ki, 2010-cu ildən "İnter"də çıxış edən 33 yaşlı Ranokkiya müxtəlif illərdə "Cenua", "Sampdoriya" və "Hall Siti"də icarə əsasında oynayıb. 32 yaşlı Danilo D’Ambrozio isə 2013-cü ildən Milan təmsilçisinin şərəfini qoruyur. 


Digər xəbərlər

Xəbər xətti