Aleksandr Zinçenko İsveç - Ukrayna oyununun ən yaxşı futbolçusu seçilib

11:54 30 İyun 2021

Avro-2020-nin 1/8 finalında keçirilən İsveç - Ukrayna oyununun (1:2) ən yaxşı futbolçusu müəyyənləşib.

 

Bu Ukrayna millisinin üzvü Aleksandr Zinçenkodur. O, komandasının ilk qolunun müəllifi olub, eyni zamanda 2-ci qolun ötürməsini verib. 


Xəbər xətti