“Qarabağ”ın rəqibi yeni hücumçu transfer etdi

13:32 30 İyun 2021

“Qarabağ”ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi “Aşdod” klubu yeni transferini açıqlayıb.

 

“Makkabi”dən (Hayfa) ayrılan hücumçu Qay Dahanla 1 illik müqavilə imzalanıb. Dahan ötən mövsüm icarə əsasında “Hapoel”də (Afula) çıxış edib. 21 yaşlı futbolçu ötən mövsüm keçirdiyi 40 oyunda 11 qol vurub, 4 məhsuldar ötürmə edib.

 

“Qarabağ” “Aşdod”la ilk oyunu iyulun 22-də Bakıda keçirəcək. Cütün cavab matçı iyulun 29-da İsraildə olacaq. 


Xəbər xətti