Azərbaycanlı futbolçu Rusiyada klubunu dəyişdi

15:31 30 İyun 2021

Azərbaycanlı futbolçu Azər Əliyev Rusiyada klubunu dəyişib.

 

27 yaşlı yarımmüdafiəçi azad agent kimi “Ufa”ya keçib. Bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Əliyevlə 2022-ci ilin yayına qədər müqavilə imzalanıb.

 

Qeyd edək ki, Azər Əliyev 2018-ci ilin avqustundan 2021-ci ilin fevralına qədər də “Ufa”da çıxış edib. Yarımmüdafiəçi bu ilin fevralında “Tambov”la mövsümün sonuna qədər müqavilə imzalamışdı. 


Digər xəbərlər

Xəbər xətti