Avro-2020: 1/4 finalın iki oyununa hakim təyinatları bəlli oldu

17:17 30 İyun 2021

Avro-2020-nin 1/4 finalında keçiriləcək İsveçrə – İspaniya və Belçika – İtaliya matçlarının hakim təyinatları açıqlanıb. 

 

Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək İsveçrə – İspaniya matçını İngiltərədən olan hakimlər briqadası idarə edəcək.

 


Oyunun baş hakimi Maykl Oliver olacaq. Ona yan xətt hakimləri Stüart Bret və Saymon Bennett kömək edəcəklər. Dördüncü hakim funksiyasını rumıniyalı Ovidiu Haçeqan yerinə yetirəcək.
 
Almaniyanın Mühnen şəhərində keçiriləcək Belçika – İtaliya matçını isə Sloveniyadan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Slavko Vinçiç olacaq. Yan xətdə ona Tomaj Klançnik və Andraj Kovaçiç kömək edəcəklər. Dördüncü hakim funksiyasını argentinalı Andres Rapallini yerinə yetirəcək.
 
Qeyd edək ki, hər iki oyun iyulun 2-də keçiriləcək.  


Xəbər xətti